Messi PSJ-də nə vaxt debüt edəcək?

Messi PSJ-də nə vaxt debüt edəcək?
DÜNYA FUTBOLU 14 Avqust 2021 / 10:22 5096
-  A +

PSJ-nin yeni transferi Lionel Messi Liqa 1-in 2 -ci turunda "Strasburq"la matçda oynamayacaq.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu barədə Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino məlumat verib. O, argentinalı hücumçunun tətildən qayıtdıqdan sonra cəmi 2 dəfə məşq etdiyini bildirib. Mütəxəssis 34 yaşlı futbolçunun özünü tam hazır hiss etdiyi vaxt oynayacağını söyləyib.

"Le Parisien" nəşri isə yazıb ki, Messinin PSJ-dəki debütü avqustun 29-dan tez olmayacaq.

Qeyd edək ki, Lionel Paris klubu ilə 2+1 illik müqavilə imzalayıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner