Ramos ən azı sentyabrın 12-nə kimi oynamayacaq

Ramos ən azı sentyabrın 12-nə kimi oynamayacaq
DÜNYA FUTBOLU 13 Avqust 2021 / 21:12 2056
-  A +

PSJ-nin müdafiəçisi Serxio Ramos zədə səbəbindən ən azı sentyabrın 12-nə qədər oynamayacaq.

Qol.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Paris təmsilçisinin mətbuat xidməti məlumatı təsdiqləyib: "Ramos tədricən məşqlərə başlayır. Milli komandalar üçün fasilədən sonra onun meydana qayıdacağı gözlənilir" -deyə bildirilib.

Qeyd edək ki, Ramos PSJ ilə 2023-cü ilin iyununa kimi müqavilə imzalayıb.


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır

03.07.25  19:07

"Napoli"dən La Liqaya