Sanço mövsümün əvvəlini buraxacaq

Sanço mövsümün əvvəlini buraxacaq
DÜNYA FUTBOLU 13 Avqust 2021 / 18:49 1446
-  A +

"Mançester Yunayted"in yeni transferi Ceydon Sanço yeni mövsümün əvvəlini buraxacaq.

Qol.az "TV2"yə istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib. O, ingilis yarımmüdafiəçinin hələ tam formada olmadığını bildirib: "Ceydon Avropa çempionatından sonra istirahət etdi və ardınca kiçik sağlamlıq problemləri yaşadı. Bizimlə cəmi bir yarım məşq edib. Formaya düşməsini gözləmək lazımdır. Ancaq mövsüm ərzində Sanço bizim üçün çox əhəmiyyətli oyunçu olacaq".

Qeyd edək ki, "Mançester Yunayted" bu yay Dortmund "Borussiya"sından Sançonu transfer edib.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq