"Liverpul" Van Deyklə müqaviləni uzatdı

"Liverpul" Van Deyklə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 13 Avqust 2021 / 13:47 1112
-  A +

“Liverpul” müdafiəçisi Vircil van Deyklə müqaviləni yeniləyib.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Niderland millisinin üzvü Premyer Liqa klubu ilə 4 illik sözləşməyə qol çəkib. 30 yaşlı mərkəz müdafiəçisi 2025-ci ilin yayına qədər Mersisayd klubunda çıxış edəcək.

Qeyd edək ki, Vircil van Deyk “Liverpul”a 2018-ci ildə 85 milyon avro qarşılığında “Sauthempton”dan keçib.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq