"Çox xoşbəxt, istəkli və həyəcanlıyam. Hamı bilir ki, mən "Barselona"dan necə getdim. PSJ-yə keçdikdən sonra özümü xoşbəxt hiss edirəm".
Qol.az xəbər verir ki, bu sözləri PSJ-nin yeni transferi Lionel Messi bugünkü təqdimat mərasimində deyib.
Argentinalı hücumçu Paris klubunun iddiasına görə bu seçimi etdiyini bildirib: "Həmişəki kimi qələbələr qazanmaq istəyindəyəm. Biz bütün titullar uğrunda mübarizə aparmağa hazırıq. Ona görə də bu klubla müqavilə bağladım. Bütün parislilərə təşəkkür edirəm. Mən bura gələndə inanılmaz çılğınlıqla qarşıladılar".
34 yaşlı futbolçu PSJ-yə keçidində "Barselona"da komanda yoldaşı olmuş Neymarın böyük rolu olduğunu da qeyd edib: "Neymar və Mbappe ilə birgə oynayacağını düşünəndə bu, adamı dəli edir. Mən ən yaxşı futbolçularla oynayacağam. Bu, inanılmaz hissdir. Məşqlərə başlayıb, hazırlıq keçəcəyəm. Ümid edirəm, qısa vaxt ərzində oynaya biləcəyəm. Heyətə baxanda burada oynamaq istəyirsən. Çünki burada istədiyinə nail ola bilərsən. Mənim bu kluba keçidimdə Neymar böyük rol oynadı".
Messi "Barselona"ya qarşı oyun sizin üçün hansı hissləri yaradar?" sualını isə belə cavablandırıb: "Barselonada başqa futbolkada oynamaq qəribə olacaq. Ancaq bu baş verə bilər".
Qeyd edək ki, "Barselona"dan ayrıldıqdan sonra azad agent statusu ilə PSJ-yə keçən Messi ilə 2+1 illik müqavilə imzalanıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?