UEFA Superkubokunun qalibi müəyyənləşdi

 UEFA Superkubokunun qalibi müəyyənləşdi
DÜNYA FUTBOLU 12 Avqust 2021 / 01:50 7864
-  A +

Bu gün UEFA Superkuboku uğrunda oyun keçirilib.

Qol.az xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda təşkil edilən görüşdə İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları üz-üzə gəliblər.

Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında "Çelsi" daha dəqiq olaraq (6:5) Superkubokun qalibi olub.

Xatırladaq ki, "Çesli" Çempionlar Liqasının, "Vilyarreal" isə Avropa Liqasının son qalibi kimi Superkubok matçına çıxıb.

11 avqust

UEFA Superkuboku

23:00. "Çelsi" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 1:1(Penaltilər - 6:5)
Qollar:
Ziyeş, 27 (1:0), Moreno, 73 (1:1)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Belfast. "Uindzor Park" stadionu


Son xəbərlər
03.07.25  19:07

"Napoli"dən La Liqaya