"Mançester Siti" Fodeni 1 aylıq itirdi

"Mançester Siti" Fodeni 1 aylıq itirdi
DÜNYA FUTBOLU 9 Avqust 2021 / 10:55 1031
-  A +

"Mançester Siti" ciddi itki ilə üzləşib.

Qol.az "The Telegraph"a istinadən xəbər verir ki, Fil Foden sıradan çıxıb. Avro-2020 ərəfəsində ayağında problem olan 21 yaşlı yarımmüdafiəçi məşq zamanı yenidən zədələnib. Onun ən azı 1 ay komandasına kömək edə bilmyəcəyi məlum olub.

Beləliklə, Foden İngiltərə Premyer Liqasının ilk 3 turunda "Tottenhem", "Norviç Siti" və "Arsenl"la oyunu buraxacağı dəqiqdir. O, eyni zamanda İngiltərə millisinin DÇ-2022-nin seçmə mərhələsində Macarıstan, Andorra və Polşa ilə görüşləri də buraxacaq.  

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq