İnyesta Messi haqda yazdı

İnyesta Messi haqda yazdı
DÜNYA FUTBOLU 9 Avqust 2021 / 10:28 4799
-  A +

“Barselona”nın sabiq futbolçusu Andres İnyesta Lionel Messinin klubdan ayrılmasına münasibət bildirib.

Qol.az xəbər verir ki, Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən 37 yaşlı yarımmüdafiəçi İnstaqramdakı paylaşımında Messi haqda bunları yazıb:

“14 il birlikdə oynadıq. Bir çox fərqli anlar yaşadıq. “Barselona”nı sənsiz təsəvvür etmək çox çətindir. Hər şey sənin üçün əla olsun. Uğurlar, Leo. Səninlə oynamaq xoş idi”.

Xatırladaq ki, iyunun 30-da "Barselona" ilə müqaviləsi başa çatan Messinin sözləşməsi yenilənməyib. Onun PSJ-yə keçəcəyi gözlənilir.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner