"Tottenhem" də Messini istəyir

"Tottenhem" də Messini istəyir
DÜNYA FUTBOLU 9 Avqust 2021 / 09:11 3424
-  A +

"Barselona"dan ayrılan Lionel Messini transfer etmək istəyən klubların sırasına daha biri əlavə olunub.

Qol.az "Daily Express"ə istinadən xəbər verir ki, "Tottenhem" argentinalı hücumçunu heyətinə qatmaq istəyir. London klubunun bu transfer üçün PSJ ilə mübarizə aparmağa hazır olduğu vurğulanıb.

Xəbərdə "Tottenhem"in baş məşqçisi Nunu Eşpiritu Santunun klubdan böyük transfer büdcəsi aldığı bildirilib. Messi transfer ediləcəyi halda, klubun Harri Keyni sata biləcəyi qeyd olunub.

Xatırladaq ki, Messinin PSJ-yə keçməyə yaxın olduğu bildirilir. Onunla "Çelsi" və "Əl-Sədd" də maraqlanır.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner