"Nə danışacağımı bilmirəm. Bu günlərdə nə deyəcəyim barədə çox düşündüm. Əslində, alınmadı, mən depressiyaya düşdüm. Uzun illərdən sonra burada yaşadıqlarımdan sonra ayrılmaq mənim üçün çətindir. Buna hazır deyildim. Bunun həqiqətən baş verdiyinə inanmıram. Keçən il ayrılmaq istəyirdim, amma indi qalmaq, evimdə yaşamağı düşünürdüm. Ən çox arzuladığım bu idi. Ailəm də, mən də qalacağımızı düşünürdük. Klubdan ayrılmaq həyatımı tamamilə dəyişdirəcək. Burada hər şey çox gözəl idi, amma bu gün vidalaşmalıyam. "Barselona"ya gələndə 13 yaşım var idi və 21 ildən sonra həyat yoldaşım və üç uşağımla buranı tərk edirəm. Bura bizim evimizdir".
Qol.az xəbər verir ki, bu sözləri "Barselona"dan ayrılan Lionel Messi keçirilən vida mətbuat konfansında deyib.
"Komanda yoldaşlarıma və klubdakı insanlara hər şey üçün təşəkkür edirəm. Burada hər kəsə təvazökarlıq və hörmətlə yanaşmağa çalışmışam. Ümid edirəm ki, insanlar nəinki kubokları, həm də klub üçün etdiklərimi xatırlayacaqlar. Birlikdə çoxlu yaxşı və pis şeylərdən keçdik, amma bu, məni böyütdü. "Barselona" üçün hər şey etdim" - deyə o bildirib.
34 yaşlı hücumçu deyib ki, stadionda azarkeşlərlə vidalaşmaq istəyərdi: "Son alqışları eşitmək istərdim. Pandemiya zamanı darıxdım və sonuncu dəfə adımı qışqırmaqlarını eşitməyi arzuladım. Bu, yaxşı vida olardı. Ancaq fərqli oldu və uzun illər mənə dəstək olduqları üçün onlara təşəkkür edirəm. Həmişə bu klubun dəstəyini, sevgisini hiss etmişəm. Ümid edirəm ki, istənilən halda "Barselona"ya qayıdacağam. Ümid edirəm ki, klubun böyük gələcəyinə töhfə verə bilərəm. Yəqin demək istədiklərimin çoxunu unutmuşam, amma yaxşı vəziyyətdə deyiləm. Bütün dünyaya təşəkkür edirəm".
Messi Kataloniya klubu ilə yeni müqavilə ilə imzalamağının niyə mümkün olmadığını da izah edib:
"Maaşımı 50 faiz azaltdım və məndən başqa heç nə istəmədilər. Bundan sonra maaşımın 30 faizindən imtina etməyimi istədikləri barədə şayiələr yalandır. Bu, doğru deyil. Əlimizdən gələni etdik, amma qala bilmədim. "Barselona" ilə heç bir problemimiz yox idi. Klubla bütün detallar barədə razılığa gəldik, tam anlaşma vardı, fikir ayrılığı yox idi. Ancaq La Liqanın qaydalarına görə, bunun mümkün olmadığı ortaya çıxdı".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?