"Özümü çempion kimi hiss edirəm" - Mariya Stadnik

"Özümü çempion kimi hiss edirəm" - Mariya Stadnik
TOKİO 2020 7 Avqust 2021 / 19:28 3189
-  A +

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq.) Tokio-2020-də bürünc medal qazanması haqqında danışıb.

Qol.az xəbər verir ki, idmançımız üçüncü olduğuna görə özünü xoşbəxt saydığını bildirib:

“Dünən finala yüksələ bilmədiyim üçün məyus idim. İndi isə qazandığım medalın fərqindəyəm. Nə qədər idmançı mənim yerimdə olmaq istəyər. Allaha şükür edirəm ki, mənə bu medalları və belə idmançı karyerası nəsib etdi. Bu gün çox xoşbəxtəm. Üçüncü yeri tutsam da, elə hiss var ki, sanki çempion olmuşam”.
 
Qeyd edək ki, Stadnik bürünc medal  uğrunda görüşdə Namuuntsetseq Oçiri (Monqolustan) ilə qarşılaşıb və rəqibinə 10:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın