"Messi "Yuventus"a getməli və Ronaldo ilə oynamalıdır"

"Messi "Yuventus"a getməli və Ronaldo ilə oynamalıdır"
DÜNYA FUTBOLU 7 Avqust 2021 / 16:02 135244
-  A +

"Everton"un yarımmüdafiəçisi Xames Rodriqes "Barselona"dan ayrılan hücumçu Lionel Messinin "Yuventus"a keçməli olduğunu bildirib.

Qol.az xəbər verir ki, bu barədə o, "Marca"ya açıqlamasında deyib: "Messi" Yuventus"a getməli və Kriştiano Ronaldo ilə oynamalıdır. Bir çox azarkeş bu iki futbolçunun eyni komandada oynamasını xəyal edir. Etiraf etməliyik ki, futbol çox dəyişdi və Messinin "Barselona"dan ayrılması bunun bir daha təsdiqidir".

Xatırladaq ki, avqustun 5-i Kataloniya təmsilçisi Messi ilə müqaviləni yeniləməyəcəyini açıqlayıb. Bunun səbəbi İspaniya liqasının nizamnaməsində yazılan maliyyə və struktur maneələridir.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq