Şərifov bürünc medal şansını əldən verdi

Şərifov bürünc medal şansını əldən verdi
TOKİO 2020 7 Avqust 2021 / 15:22 2080
-  A +

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda güləşib.

Qol.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançımız  kubalı Reyneris Salas Pereslə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb. Lakin son fəndi Kuba idmançısı tətbiq etdiyi üçün bürünc medalın sahibi olub. Ş.Şərifov isə 5-ci yerlə kifayətlənib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner