"Çelsi" Messi üçün danışıqlara başladı

"Çelsi" Messi üçün danışıqlara başladı
DÜNYA FUTBOLU 6 Avqust 2021 / 20:33 5216
-  A +

"Çelsi" "Barselona"da ayrılan Lionel Messinin transferi üçün mübarizəyə qoşulub.

Qol.az "AS"a istinadən xəbər verir ki, London klubunun prezidenti Roman Abramoviç  potensial əməkdaşlığı müzakirə etmək üçün artıq argentinalı hücumçunun nümayəndələri ilə görüşüb.

"Çelsi"nin Messini transfer etmək uğrunda mübarizədə qalib gəlməsinin çətin olacağı vurğulanır. Çünki PSJ artıq 34 yaşlı oyunçu üçün danışıqlarda daha irəliləyib.

Qeyd edək ki, dünən "Barselona" Messi ilə müqavilənin müddətini uzatmayacağını açıqlayb.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq