Bu gün Tokio-2020-də Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.
Qol.az xəbər verir ki, Nazim Babayev atletika, İslam Abbasov isə yunan-Roma güləşində mübarizəyə başlayacaq. Üç təkanla tullanma yarışına qatılacaq Babayev A qrupunda yarışacaq. Abbasov finala yüksəlmək üçün ümumilikdə 15 rəqib arasında "12-liy"ə düşməlidir.
Babayevin indiyədək ən yaxşı göstəricisi 17,29 metr olsa da, mövsüm ərzində ən yaxşı nəticə kimi 16,57 metrlə kifayətlənib. O, dünya reytinqində 21-ci yeri tutur. Bu növ üzrə mübarizəyə Bakı vaxtı ilə saat 4:00-da start veriləcək.
Saat 6:00-da isə yunan-Roma güləşçisi İslam Abbasov 1/8 final görüşünə çıxacaq. Onun ilk rəqibi kubalı Daniel Heçavarria olacaq. Digər yunan-Roma güləşçisi Rafiq Hüseynov tunisli Lamyed Maafi ilə, qadın güləşçi Elis Manolova isə qırğızıstanlı Meerim Jumanazarova ilə təsəlliverici görüşdə üz-üzə gələcək.
Tokio-2020
3 avqust
Atletika
Üç təkanla tullanma
04:00. Nazim Babayev
Yunan-Roma güləşi
06:00. 1/8 final. İslam Abbasov - Daniel Qreqoriç (Kuba)
06:00. Təsəlliverici görüş. Rafiq Hüseynov - Lamyed Maafi (Tunis)
Qadın güləşi
06:00. Təsəlliverici görüş. Elis Manolova - Meerim Jumanazarov (Qırğızıstan)
"Kəpəz"də yeni müqavilə
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu