Medhi Benatia Superliqa klubunda

Medhi Benatia Superliqa klubunda
DÜNYA FUTBOLU 30 İyul 2021 / 19:31 4107
-  A +

Mərakeşli futbolçu Medhi Benatia karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Qol.az xəbər verir ki, son klubu Qətər "Al-Duhail"i olan 34 yaşlı müdafiəçi "Fatih Karagümrük"ə transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. O, azad agent kimi Türkiyə təmsilçisinə keçib.

Qeyd edək ki, M.Benatia "Roma", "Bavariya" və "Yuventus" kimi klublarda çıxış edib.


Son xəbərlər