Arsen Vengerə millidən təklif

Arsen Vengerə millidən təklif
XƏBƏR 30 İyul 2021 / 16:49 3055
-  A +

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger məşqçi karyerasını bərpa edə bilər.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssisə İsveçrə milli komandasından təklif gəlib. “Bordo”ya baş məşqçi kimi yollanan Vladimir Petkoviçi millidə məhz Vengerin əvəzləyəcəyi bildirilib. Onunla ilkin razılığın əldə olduğu da qeyd olunub.

Xatırladaq ki, 71 yaşlı mütəxəssis 2018-ci ildə “Arsenal”dan ayrıldıqan sonra baş məşqçi kimi fəaliyyət göstərmir.

Daha çox


Son xəbərlər