AEL - "Qarabağ" oyununun yeri dəyişdirilib

AEL - "Qarabağ" oyununun yeri dəyişdirilib
XƏBƏR 30 İyul 2021 / 11:27 8710
-  A +

Kiprdə AEL və "Qarabağ" arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun yeri dəyişdirilib.

Qol.az-ın məlumatına görə, qarşılaşma bu dəfə Limassol şəhərində təşkil olunmayacaq. Avqustun 5-də Larnaka şəhərindəki "AEK Arena"da gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, AEL klubu Limassol şəhərinin təmsilçisidir. Bu komanda rəqiblərini 13 500 tamaşaçı tutumuna malik "Tsirion" stadionunda qəbul edir. "Şirlər"in Konfrans Liqasının II təsnifat mərhələsində Albaniya "Vlajniya"sını 1:0 hesabı ilə yendiyi görüş məhz doğma meydanında gerçəkləşib.

"AEK Arena" isə 7 400 nəfərlikdir. 2020/2021 mövsümündə "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sini məhz bu stadionda qəbul edib. Bir oyundan ibarət cütün taleyi penaltilər seriyasında rəqibin xeyrinə həll olunub - 6:5 (report).


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner