“İki gün əvvəl çempionat oyununa çıxdıq. Təəssüf ki, 0:1 hesabı ilə uduzduq. Bərpa olunmaq üçün cəmi 2 gün vaxtımız oldu. Bunu bərpa məşqlərinə sərf etdik. Artıq Bakıdayıq".
Bu fikirləri Rusiyanın "Soçi" klubunun baş məşqçisi Vladimir Fedotov Bakıda "Keşlə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.
55 yaşlı mütəxəssis bildirib ki, sabah meydanda döyüşkən oyun gedəcək: Hazır olub-olmadığımızı da bu görüş göstərəcək. Bəzi oyunçularla bağlı problemlər var. Bu üzdən əvəzedicidən bir neçə oyunçunu komandaya cəlb etmişik".
Fedotov heyətdə müəyyən rotasiyalar olacağını istisna etməyib: "Bəzi oyunçular çox yüklənib. Bakıya bu gün gəlmişik. Sevinirik ki, hava çox isti deyil. Meydançanın süni örtüklü olması futbolçulara mənfi təsir göstərə, zədəyə yol aça bilər. Amma bu halla bütün komandalar üzləşir. Futbol istənilən havada, istənilən şəraitdə oynanılmalıdır".
Təcrübəli baş məşqçi ilk oyunda asan qələbə qazanmadıqlarını söyləyib: "Kənardan elə görünə bilər. Amma ciddi müqavimətlə üzləşdik. Düzdür, bəzi qol vəziyyətlərindən yararlana bilmədik. Sabahkı oyunda döyüşkən mübarizə gözləyirik və buna hazırıq".
SSRİ dönəmində futbolçu kimi Bakıda olan Fedotov burada "Neftçi"yə qarşı oyunlarını xatırlayıb: "Yenidən bura qayıtmaq çox gözəldir. Bakıda hər şey superdir. Gözəl şəhərdir, yaxşı azarkeşlər var, ab-hava yüksəkdir".
Qeyd edək ki, iyulun 29-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Soçi" oyunu saat 20:00-da başlayacaq. İlk görüşdə Bakı təmsilçisi 0:3 hesabı ilə uduzub (Report).
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı