Messinin yeni müqavilə imzalayacağı vaxt bilindi

Messinin yeni müqavilə imzalayacağı vaxt bilindi
DÜNYA FUTBOLU 28 İyul 2021 / 17:12 2005
-  A +

"Barselona" ilə müqaviləsi başa çatan Lionel Messi tezliklə Kataloniya klubu ilə yeni sözləşmə imzalayacaq.

Qol.az "Sport.es"ə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu avqustun 2-də müqaviləyə qol çəkəcək.

O vaxta qədər Messinin "Barselon"da məşq etməyəcəyi bildirilib. Müqavilə imzalandıqdan sonra isə argentinalı futbolçu təlim-məşq toplanışı üçün Almaniyaya getməyən həmyerlisi Serxio Aquero və Emresonla birlikdə məşq edəcək.

Qeyd edək ki, karyerası ərzində yalnız "Barselona"da çıxış edən Messinin klubla müqaviləsi iyunun 30-da başa çatıb.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi