UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” klubu heyətinə iki braziliyalı legioner cəlb edib.
Qol.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı Conatas Felipe və 24 yaşlı Emanoel Rodrigeslə mövsümün sonunadək müqavilə bağlanılıb.
Felipe Braziliyanın “Pato” klubundan transfer olunub. Rodriges isə həmyerlisindən fərqli olaraq, Avropada legioner həyatı yaşamağı bacarıb. O, Qazaxıstanın “Atırau” klubunda çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 21-də “Europa”, ertəsi gün “Kampuksen Dinamo”, avqustun 24-də isə “Raba” klubu ilə qarşılaşacaq. Oyunlar Latviyada təşkil olunacaq.
6 qol, 1 qırmızı vərəqə
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı