Tokio-2020-də medal ümidlərimizdən sayılan cüdo millimiz uğursuz çıxışlarını davam etdirir.
Qol.az xəbər verir ki, komandamız Yay Olimpiya Oyunlarına 9 cüdoçu ilə qatılıb. Onlardan mübarizəyə qoşulan 6 nəfərdən heç biri medal qazana bilməyib. Bu idmançılardan 5 nəfəri - Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev və Məmmədəli Mehdiyev ya 1/16, ya da ən yaxşı halda 1/8 finalda uduzublar. Yalnız Rüstəm Orucov bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. Lakin Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı məğlub olaraq Tokio-2020-ni 5-ci yerdə başa vurub.
Beləliklə, bugünkü nəticəyə əsasən, cüdo millimizin çıxışına sıfır qiymət vermək olar.
Hazırda yarışda cəmi 3 cüdoçumuz qalıb. Hər üçü milliləşdirilmiş legioner olan bu idmançılarımızdan Zelim Kotsoyev (100 kq) mübarizəyə iyulun 29-da başlayacaq. O, 1/16 finalda Fransa idmançısı Aleksandr İddirlə qarşılaşacaq. İyulun 30-da tatamiyə çıxıcaq Uşangi Kokauri (+100 kq) də mübarizəyə 1/16-dan, qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) isə 1/8 finaldan qoşulacaq.
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi