Bu gün 32-ci Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Qol.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda təşkil edilən yarışın açılışı Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Oyunlarda 206 ölkədən ümumilikdə 11 mindən çox idmançı iştirak edir. Olimpiadanın açılışı Yaponiya Milli Stadionundadır. Pandemiyaya görə yarış ilk dəfə azarkeşsiz keçirilir.
Olimpiadada 36 idman növü üzrə ümumilikdə 339 qızıl medal sahibini tapacaq.
Oyunlarda ilk dəfə kişi və qadın olmaqla, iki bayraqdar iştirak edib. Azərbaycan yığmasında bu funksiyanı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova yerinə yetirib. 27 nəfərlik nümayəndə heyəti paradda 5-ci keçib.
Tokio olimpiadasında Azərbaycanı ümumilikdə 44 idmançı təmsil edəcək. Lisenziyaların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində qazanılıb.
Qeyd edək ki, Tokio olimpiadasının rəsmi açılışı bu gün olsa da, yarış iyulun 21-də softbol üzrə qadınlardan ibarət Yaponiya və Avstraliya yığmaları arasında oyunla start götürüb. Turnirə avqustun 8-də yekun vurulacaq.
"Kəpəz"də yeni müqavilə
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu