Ronaldo “Yuventus”da qaldı

Ronaldo “Yuventus”da qaldı
DÜNYA FUTBOLU 16 İyul 2021 / 16:24 8983
-  A +

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo növbəti mövsümdə də Turin klubunda qalacaq.

Qol.az xəbər verir ki, bu haqda “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı futbolçu müqaviləsinin bitdiyi günə - 2022-ci ilin iyunun 30-na qədər bütün öhdəliyini yerinə yetirəcəyini vəd edib. O, bununla bağlı klub rəhbərliyinə məlumat verib.

Qeyd edək ki, “Yuventus” rəsmilərindən Pavel Nedved də Ronaldonun başqa komandaya keçəcəyinə dair onlara heç nə söyləmədiyini deyib.

Xatırladaq ki,  xarici mediada Ronaldonun bu yay “Yuventus”un ayrılacağlına dair xəbərlər yayılmışdı.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?