Robben karyerasını növbəti dəfə başa vurdu

Robben karyerasını növbəti dəfə başa vurdu
DÜNYA FUTBOLU 15 İyul 2021 / 15:39 2373
-  A +

"Qroningen"in yarımmüdafiəçisi  Aryen Robben karyerasını başa vurduğunu açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə 37 yaşlı oyunçu özünün "İnstaqram" hesabında yazıb: "Futbolçu karyeramı bitirməyə qərar verim. Çox çətin seçimdir. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".

Niderlandlı futbolçu bu qərarı zədə səbəbindən verdiyini də vurğulayıb.

Qeyd edək ki, Robben 2019-cu ildə karyerasını başa vurduğunu açıqlanmışdı, lakin 2020-ci ilin yayında o, yenidən futbola qayıtmışdı.

Xatırladaq ki, Robben karyerası ərzində "Qroningen", PSV, "Çelsi", "Real" və "Bavariya"da oynayıb və ümumilikdə 31 kubok qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner