“Legiya”da atmosfer əladır. Burada məni yaxşı qarşıladılar. Həm meydanda, həm də ondan kənarda səmimiyyət və açıqlıq gördüm”.
Qol.az-ın xəbərinə görə, bu sözləri milli komandamızın hücumçusu Mahir Emreli bu gün Varşavada təşkil olunan mətbuat konfransında deyib. Tədbirdə Emrelinin yeni klubu “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç də iştirak edib. Mətbuat konfransı Norveçin "Budyo Qlimt" komandası ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyununa həsr edilib.
M.Emreli bildirib ki, baş məşqçilərinin rus dilində danışması onun üçün vacibdir: “Bu, komandaya adaptasiyamda daha sürətli rol oynadı”.
24 yaşlı hücumçu sabah Varşavada ilk dəfə “Legiya”lı azarkeşlər önünə çıxmağı səbirsizliklə gözlədiyini söyləyib: “Məndə də “Bodo”nun oyunçularındakı kimi hisslər var. Bizim azarkeşlər bu komandanın futbolçularını məşq zamanı alqışlayanda heyrətlənmişdim”.
Emreliyə “Qarabağ” və “Legiya”nın müqayisəsi barədə də sual verilib. Cavabında o bildirib ki, hər məşqçinin öz komandası, oyunçuları, taktikası olduğundan hansısa müqayisə apara bilməz.
Mətbuat konfransında futbolçumuza "Legiya"nın əsas hücumçusu olan çexiyalı Tomaş Pekqart barədə də sual ünvanlanıb. “Avro-2020”nin iştirakçı olan hücumçu dünən klubunun hazırlığına qoşulub. Jurnalist maraqlanıb ki, sabah həm Emreli, həm də Pekqart əsas heyətdə olacaqmı? M.Emreli cavabında deyib ki, Tomaşın yaxşı təcrübəsi var: “Kimin oynayacağına dair qərarı isə baş məşqçi verir. Əsas komandanın qələbəsidir”. Futbolçumuz bu zaman Zinəddin Zidanın fikirlərini də səsləndirib: “O deyir ki, ehtiyatda oturmağı bacarmayan oyunçu yaxşı futbolçu ola bilməz".
Emreli kimin oynayacağına dair baş məşqçisinin daha dəqiq danışa biləcəyini söyləyib. Çeslav Mixneviç isə deyib: “Əlbəttə, onlar ikisi bir yerdə oynaya bilərlər. Belə matçlar olacaq. Çünki bu tandem həm də “Legiya”nın gələcəyi ola bilər”.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
Yamal əsəbiləşdi, Flikə də üz çevirdi - Video
İngiltərə kubokunun yarımfinal cütləri
"İnter" – "Roma" matçında 7 qol vuruldu
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı