Fransalı futbolçu Pol Poqba İngiltərə millisinin Avro-2020-nin finalında İtaliyaya uduzmasından sonra (əsas və əlavə vaxt – 1:1, penaltilər seriyası 2:3) tənqidə və irqçiliyə məruz qalan oyunçularını dəstəkləyib.
Qol.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi öz "İnstaqram" hesabında etdiyi paylaşımda yazıb:
“Markus Reşford, Ceydon Sanço, Bukayo Saka, sizinlə fəxr edirəm. Futbolda bəzən udursan, bəzən də uduzursan. Sizin penaltini yerinə yetirmək üçün cəsarətiniz var və ölkənizin finala çıxmasına kömək etmək üçün özünüzü göstərməyə çalışdınız. Artıq irqçiliyə dözə və onu dəstəkləyə bilmərik. Bununla mübarizəni heç vaxt dayandırmayacağıq. Uşaqlar, başınızı uca tutmağınız və özünüzə güvənməyiniz lazımdır. Siz bu ecazkar oyunun bir nümunəsisiniz. Bunu heç vaxt unutmayın. Özünüzlə fəxr edin. Futbol dünyası sizinlə fəxr edir!".
Qeyd edək ki, Markus Reşford, Bukayo Saka və Ceydon Sanço görüşdə penaltini dəqiq yerinə yetirə bilməyiblər. Oyundan sonra bu futbolçular sosial mediada irqçi təhqirlərə məruz qalıblar.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu