"Qarabağ" - "Aşdod": Hakim təyinatları açıqlandı

"Qarabağ" - "Aşdod": Hakim təyinatları açıqlandı
XƏBƏR 13 İyul 2021 / 11:50 3239
-  A +

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Aşdod" (İsrail) ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Polşa Futbol Federasiyasından Kşiştof Yakubi idarə edəcək. Ona Arkadiuş Vuyçik və Tomaş Nemirovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Pyotr Lasik yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" görüşü  saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə oynanılacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner