"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Yunanıstana "Olimpiakos"la yoxlama görüşü keçirmək üçün gedən komandasının ölkəyə buraxılmaması haqda danışıb.
Qol.az ”Fotomac”a istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis bu çirkin davranışı belə şərh edib:
"Heç kim bizə bu cür davrana bilməz. Bu hərəkətlər xoş deyil. Biz belə şeylərə boyun əyəcək insanlar deyilik. Başda ölkə prezidenti olmaqla, bizi qoruyan hər kəsə təşəkkür edirik. "Qalatasaray" beynəlxalq qaydaları çox yaxşı bilən klubdur. Dünyadakı bütün matçlarda bu təcrübəni qazanan klubların ən başındadır. Uçuşdan 24 saat əvvəl onsuz da test vermişdik. Hamımız oraya bütün testlərin nəticələri ilə birgə getmişdik. Yunanıstandakı hava limanına enəndə qısa bir müddətdə analiz götürəcəklərini dedilər. İki ölkə arasında əldə olunan razılaşmada qarşılıqlı testlərin qəbulu üçün anlaşma da var. Amma bizdən test verməyimizi istədilər. Səbəbini soruşanda isə son 2 gündə bu qayda ilə işlədiklərini bildirdilər. Bu təsadüfi hadisədə mən də iştirak etmişəm. Bizdən burundan koronavirus testi götürdülər. Əllərimizdə PCR testinin də şəklini çəkdilər. Daha sonra isə digər şeylərə ehtiyac olmadığını bildirdilər".
Terim komandanın 2 saat limanda gözlədikdən sonra Türkiyəyə qayıtması barədə də danışıb:
"Yoldaşlıq oyunlarında dost kimi davranmaq lazımdır. Amma bizə qarşı edilən dostluqa layiq hərəkət deyildi. Geri qayıtmaq qərarı verdik. Ölkə prezidenti daxil olmaqla, Xarici İşlər Nazirliyi, İdman Nazirliyi - hərkəs və hər bir qurum bizimlə maraqlandı. İnsan orada böyüklərinin dəstəyini görəndə özünü xoşbəxt hiss edir”.
Çalışdırıcı oyunçularının hava limanında gözləyərkən yorulduqlarını deyib:
“Orada gözləmək futbolçularımız üçün cansıxıcı oldu. Onlar həm yoruldurlar, həm də acdılar. Daha sonra bizdən pasportlarımızı istədilər. Deportasiya edəcəklərini dedilər. Biz isə israrla pasportlarımızı verməyəcəyimizi bildirdik. Kapitanlarımız və stüardessalarımız hazır vəziyyətdə dayandılar. Onlara da qalxmaq üçün icazə vermədilər. Amma sonra su verdilər".
Terim bu hadisəni “Qalatasaray”a yox, Türkiyəyə edilən davranış kimi qiymətləndirib:
“Belə vəziyyətdə “Olimpiakos” rəsmiləri də bizə kömək etməyə çalışdı. Amma nəticədə bacarmadılar. Orada qalmamaq ən düzgün qərar idi. “Olimpiakos”un sahibi Marinakis də zəng vurdu. O da bizim hisslərimizi paylaşdı. Hər bir klub ölkəmizə gələn qonaqlara necə davrandığımızı, hava limanında onlarla necə maraqlandığımızı bilir. Biz həqiqətən də hər kəsə başqa cür davranırıq. Bunun “Qalatasaray”a yox, kimə edilən bir davranış olduğu ortadadır. Oradakı üslub da, münasibət də, davranış şəkli də xoş deyildi. Biz nə buna boyun əyəcək klubuq, nə də insanıq. Lazım olanı edib, geri qayıtdıq”.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
Yamal əsəbiləşdi, Flikə də üz çevirdi - Video
İngiltərə kubokunun yarımfinal cütləri
"İnter" – "Roma" matçında 7 qol vuruldu
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı