“Qalatasaray”a Yunanıstanda çirkin davranış

“Qalatasaray”a Yunanıstanda çirkin davranış
DÜNYA FUTBOLU 12 İyul 2021 / 21:50 4946
-  A +

“Olimpiakos”la yoxlama oyunu keçirmək üçün bu gün Yunanıstana yollanan "Qalatasaray" xoşagəlməz davranışla üzləşib.
 
Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin koronavirus pandemiyası ilə əlaqədar PCR testləri Afina hava limanında yunanlar tərəfindən qəbul olunmayıb. Onlar bütün komandadan yeni testlər götürmək istəyiblər.

Təxminən 2 saat hava limanında gözlədilən “Qalatasaray” problem həll olunmadığı üçün İstanbula dönməyə qərar verib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner