“Səni və arvadını yatanda öldürəcəyəm”

“Səni və arvadını yatanda öldürəcəyəm”
XƏBƏR 12 İyul 2021 / 15:17 6061
-  A +

UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor sabiq rəqibi Dastin Porye və həyat yoldaşını ölümlə hədələyib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki,  irlandiyalı idmançı UFC-264-dəki döyüşdən sonra Poryenin ünvanına hədələr yağdırıb.

Görüşdə Makqreqorun ayağı sınıb və bu, onun mübarizəni dayandırmasına səbəb olub. Dəhşətli zədəyə baxmayaraq, idmançı sakitləşməyib. O, döyüş yerindən qışqıraraq deyib:  “Səni və arvadını yatanda öldürəcəyəm. Hələ heç nə bitməyib. Ehtiyatlı ol, dostum”.

Porye isə Makqreqorun bu hərəkətini yolverilməz adlandırıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner