Millimizin üzvü Ukraynada növbəti oyunlara çıxdı

Millimizin üzvü Ukraynada növbəti oyunlara çıxdı
XƏBƏR 11 İyul 2021 / 11:32 1624
-  A +

Millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi "Kolos" iki yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, Ukrayna Premyer Liqası təmsilçisi əvvəlcə "Kramatorsk"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. A.Nuriyev sözügedən görüşdə 90 dəqiqə meydanda olub.

İkinci matçda "Kolos" "Dnepr-1"lə üz-üzə gəlib və qolsuz bərabərə qalıb. 25 yaşlı hücumçu bu oyunda 62-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, A.Nuriyev "Aleksandriya" ilə yoxlama qarşılaşmasında (2:0) penaltidən qol vurmuşdu.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner