Amerika kubokunun qalibi müəyyənləşdi

Amerika kubokunun qalibi müəyyənləşdi
DÜNYA FUTBOLU 11 İyul 2021 / 09:12 3666
-  A +

Amerika kubokunun qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, final oyununda turnirin ev sahibi Braziliya və Argentina yığmaları qarşılaşıb. Matç Argentinanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 22-ci dəqiqədə Anxel di Mariya vurub.

Argentina - Braziliya - 1:0
Qol:
Anxel di Mariya, 22

Bununla da Argentina 28 ildən sonra yenidən  turnirin kubokunu qazanıb. Bu, yığmanın tarixində 15-ci Amerika kuboku olub.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner