"Əsas vəzifəmiz "Qarabağ"ı keçməkdir"

"Əsas vəzifəmiz "Qarabağ"ı keçməkdir"
XƏBƏR 9 İyul 2021 / 17:57 5580
-  A +

"Qarabağ"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aşdod"un (İsrail) yeni transferi Martin Raynov Ağdam təmsilçisinə qarşı keçirəcəkləri oyunlar barədə danışıb.

Qol.az İsrail mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı bolqarıstanlı yarımmüdafiəçi təmsilçimizi mübarizədən kənarlaşdırmaq istədiklərini bildirib:

"Əsas hədəfim təlim-məşq toplanışından səmərəli istifadə edib yaxşı hazırlaşmaqdır. Çünki bizi qarşıda "Qarabağ"la 2 vacib oyun gözləyir. Qarşıdakı əsas vəzifə "Qarabağ"ı keçib, növbəti mərhələyə adlamaqdır. Bu yolda komandama kömək etmək istəyirəm".

Qeyd edək ki, "Qarabağ" və "Aşdod" komandaları arasında ilk oyun iyulun 22-də Bakıda, cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner