"Messinin "Barselona" ilə yeni mövsümə başlayacağını deyə bilmərəm"

"Messinin "Barselona" ilə yeni mövsümə başlayacağını deyə bilmərəm"
XƏBƏR 9 İyul 2021 / 00:14 2153
-  A +

La Liqa prezidenti Xavyer Tebas "Barselona" ilə müqaviləsi başa çatan Lionel Messinin klubda qalıb-qalmayacağı barədə danışıb.

Qol.az "Diario Sport"a istinadən xəbər verir ki, o, Kataloniya klubunun hazırkı büdcə durumuna əsasən, hansısa futbolçusunu satmadan 34 yaşlı hücumçu ilə yeni sözləşmə imzalaya bilməyəcəyini deyib:

"Messinin "Barselona" ilə birgə La Liqada yeni mövsümünə başlayacağını deyə bilmərəm. Klub kimisə satmırsa, bu, mümkün deyil".

Qeyd edək ki, Messi hazırda azad agentdir.

Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner