Didye Deşamla bağlı qərar açıqlandı

Didye Deşamla bağlı qərar açıqlandı
DÜNYA FUTBOLU 8 İyul 2021 / 20:00 4620
-  A +

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-də də yığmanı çalışdıracaq.

Qol.az xəbər verir ki, bunu Fransa Futbol Federasiyasının prezidenti Noel le Qrae "Le Figaro"ya açıqlamasında deyib.

O, millinin Avro-2020-dəki uğursuzluğuna baxmayaraq, Deşamın vəzifəsində qalacağını bildirib: "İstəyimiz işinə davam etməsidir. Qarşılıqlı hörmət və inamdan zövq alırıq. Deşamla bağlı qərarı 3 dəqiqəyə verdik".

Xatırladaq ki, 53 yaşlı mütəxəssis 2012-ci ildən Fransa millisini çalışdırır. Onun komandası Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzaraq mübarizəni dayandırıb.


Son xəbərlər