"Mahir "Legiya"nın tapıntısı ola bilər"

"Mahir "Legiya"nın tapıntısı ola bilər"
XƏBƏR 8 İyul 2021 / 15:22 6389
-  A +

"Mahir Emreli "Legiya"da mövsümün tapıntısı ola bilərmi? Bəli, ola bilər. O, komanda ilə mükəmməl şəkildə hərəkət etdi".

Qol.az xəbər verir ki, bu sözləri "Legiya"nın sabiq futbolçusu İqor Levçuk  Polşa mətbuata açıqlamasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində  "Bodo Qlimt"lə ilk oyundakı (3:2) çıxışı barədə danışarkən deyib.

O, 24 yaşlı hücumçunun rəsmi debütünü belə dəyərləndirib: "İlk rəsmi qarşılaşmada, xüsusən, səfərdə iki qol vurdu. Bu, asan deyildi".

Qeyd edək ki, Mahir Emreli "Bodo Qlimt"lə görüşdə dubla imza atıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner