"Hər zaman oyundan sonra analiz etmək çətin olur. Lakin üstünlük bizdə idi. Təəssüf ki, nəticə əksinə oldu. İkinci qolda diqqətsizlik etdik. Birinci hissədə futbolçularımız gözəl işlədilər. Yeni qaydalara əsasən, ev və səfər qolları önəm daşımır. Ona görə cavab görüşündə lazımi nəticəni əldə edəcəyimizə ümid edirəm. Bütün fikirlər qələbəyə yönəlməlidir".
Bunu Dinamo"nun baş məşqçisi Kaxaber Sxadadze Gürcüstan paytaxtında "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşündən sonrakı mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, yerli bazardakı bütün futbolçular məşğuldurlar, amma legioner cəlb etməkdə problemlər var: "Onlar xəyanət etdilər. Biz o səviyyəyə çatmışıq ki, yaxşı oyunçular axtarmalıyıq. Sıx qrafiklə oynamağımız bugünkü oyuna da təsirsiz ötüşmədi. Komandamız məğlubiyyəyə layiq deyildi. Azarkeşlər isə etirazlarında haqlı idilər. Amma onlar da bugünkü vəziyyəti anlamalıdırlar".
Sxadadze futbolçularının bəzi epizodlarda tələsdiklərini və bunun da nəticəyə təsirini göstərdiyini söyləyib: "Birinci hissə planlı şəkildə gedirdi, tapşırıqlar icra olundu. Təəssüflər olsun ki, “Neftçi”nin ikinci qolundan sonra komanda tələsirdi. İlk yarıda isə qol buraxsaq da, tələsmirdik. Bunun da nəticəsində qol vurduq. İkinci yarıda isə futbolçularım düşünürdü ki, vaxt azdı, qol vurmalıyıq. Bunu etməməli idilər. Qol epizodları var idi, lakin lazımınca istifadə edə bilmədik. Səbəb bəlkə bu idi ki, tələsdilər. Tələsməsəydilər, nəticə fərqli olardı. Bəzi oyunçular onlarda olan resrulardan sona kimi xərcləməlidilər. Digər oyunçuları 65-ci dəqiqədə dəyişdik. Çünki fiziki durumları yaxşı deyildi. Amma əsas odur ki, istədiyimiz nəticə olmadı. “Neftçi”nin də zəif nöqtələrini öyrənib istədiyimizə çatmağa çalışacağıq".
Baş məşqçi "Neftçi"nin qapıçısı Aqil Məmmədovun da uğurlu çıxışını vurğulayıb: "Üstün oyunla rəqibin cərimə meydançasına bir neçə dəfə daxil olduq. Lakin "Neftçi"nin qapıçısı bir neçə epizodda gözəl oynadı. Hücumlarımızı son anda tamamlaya bilmədik. Rəqib təcrübəli oyunçulara malik idi. Onların heyətində legionerlərin çoxluğu önəm daşımırdı. Emin Mahmudov və Namik Ələskərovun çıxışını da qeyd edərdim".
Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq (Report).
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu