“Rəqiblərimiz bu mərhələnin ən güclü komandalarıdır. Digər qruplara baxıram, orada 2 güclü klub yer alıbsa, bizim qarşılaşacağımız iştirakçıların azı üçü iddialıdır. “Araz-Naxçıvan” kimi, Latviya və Finlandiya təmsilçiləri də mübarizəni növbəti mərhələdə davam etdirmək istəyirlər. Cəbəllütariq təmsilçisi isə debütandır, amma “turist” deyil".
Qol.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçi Joze Alesio Da Silva UEFA Çempionlar Liqasının püşkünü dəyərləndirərkən deyib.
“Raba” haqda az da olsa məlumatım var. Bilirəm ki, onlar Latviyanın son çempionudurlar. Yaxşı komandadır. Heyətində 5 braziliyalı futzalçı yer alıb. Ola bilsin, bizimlə oyuna qədər bu say artsın. Həmin əcnəbi oyunçular demək olar, iki ildir bir yerdə çıxış edirlər. Baş məşqçiləri də kifayət qədər təcrübəlidir. Finlandiya təmsilçisinə gəldikdə, bu klubun əksər üzvü milli komandanın formasını geyinir. Yəni “Kampuksen Dinamo” Finlandiya millisinin bazası hesab olunur. Bu ölkənin yığmasının da son illərdəki çıxışı haqda ancaq xoş sözlər demək olar. Komanda Avropa çempionatının final mərhələsində çıxış edəcək. Əlbəttə, həm “Raba”a, həm də “Kampuksen Dinamo” ilə görüşlər çox çətin keçəcək" - deyə o bildirib.
Joze Alesio artıq hazırlıq planını tərtib etdiklərini vurğulayıb: "İyulun 20-də Bakıya dönəcəm və komandanın məşqlərinə start verəcəyik. İdman zallarının açılması yaxşı xəbər oldu. Məşqlərimizi müntəzəm keçəcəyik. Heyətimizi böyük ölçüdə qorumağı bacardıq. Gücləndirmə istiqamətində transfer çalışmalarımızı da davam etdiririk. Danışıq apardığımız futzalçılar var. Şərtlərimiz üst-üstə düşsə, heyətimizə cəlb edəcəyik. Sadəcə, indidən ad açıqlamaq istəmirəm”.
Qeyd edək ki, "Araz Naxçıvan" F qrupunda “Kampuksen Dinamo" (Finlandiya), "Raba" (Latviya) və "Europa" (Cəbəllütariq) komandaları ilə qarşılaşacaq
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu