"Mançester Siti" yeni hücumçu alacaq?

"Mançester Siti" yeni hücumçu alacaq?
DÜNYA FUTBOLU 6 İyul 2021 / 13:15 2046
-  A +

"Mançester Siti" yay transfer pəncərəsində yeni hücumçu almayacaq.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib:

“Mövcud qiymətlərlə kimsəni ala bilməyəcəyik. Mümkün deyil, ödəyə bilmərik. Bütün klubların maddi problemləri var, istisna deyilik. Artıq özünü hücumçu kimi sübut edən Qabriel Jezus və Ferran Torres var. Akademiyadan gənc oyunçularımız var. Hal-hazırda növbəti mövsümə yeni hücumçusuz başlayacağımız ehtimalı daha böyükdür".


Son xəbərlər