Neymar Argentinanın finala çıxmasını istəyir

Neymar Argentinanın finala çıxmasını istəyir
DÜNYA FUTBOLU 6 İyul 2021 / 12:07 2666
-  A +

Braziliya millisinin hücumçusu Neymar Amerika kubokunun finalında qarşılaşmaq istədiyi yığmanın adını açıqlayıb.

Qol.az "Amerika TV"yə istinadən xəbər verir ki, o, həlledici matçda Argentina ilə oynamaq istədiyini deyib: "Argentinanın finala çıxmasını istəyirəm. Onlara azarkeşlik edəcəyəm. Çünki Argentinada çoxlu dostum var. Ancaq yekunda Braziliya finalda qalib olacaq".

Qeyd edək ki, Braziliya millisinin finaldakı rəqibi Argentina - Kolumbiya görüşünün qalibi olacaq.

 


Son xəbərlər