Ramos sabah tibbi müayinədən keçəcək

Ramos sabah tibbi müayinədən keçəcək
DÜNYA FUTBOLU 5 İyul 2021 / 22:32 4068
-  A +

"Real"dan ayrılan Serxio Ramos PSJ-yə keçməyə yaxındır.

Qol.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi ispan müdafiəçi ilə müqavilənin son şərtləri barədə razılığa gəlib. 35 yaşlı oyunçu sabah PSJ-də tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Ramosun Paris klubu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, futbolçu 2005-ci ildən oynadığı "Real"dan ötən ay azad agent kimi ayrılıb.


Son xəbərlər