Ronaldo ilə bağlı yeni xəbər

Ronaldo ilə bağlı yeni xəbər
DÜNYA FUTBOLU 5 İyul 2021 / 18:39 4003
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo klubu ilə yeni müqavilə imzalayacaq.

Qol.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" və "Sport Mediaset" nəşrləri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı hücumçunun adı "Mançester Yunayted" və PSJ ilə hallanmasına baxmayaraq, o, Turin təmsilçisində qalmağa qərar verib. 36 yaşlı oyunçunun bu həftənin sonuna qədər "Yuventus" 2022-ci ilin iyunu başa çatacaq müqavilənin müddətini daha 1 il uzada biləcəyi vurğulanıb.

Qeyd edək ki, Ronaldo 2018-ci ildən Turin klubunda oynayır.


Son xəbərlər