"Atletiko"ya qol vuran qapıçı "Sevilya"da

"Atletiko"ya qol vuran qapıçı "Sevilya"da
DÜNYA FUTBOLU 4 İyul 2021 / 21:56 2898
-  A +

"Sevilya" qapı xəttini gücləndirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi Marko Dmitroviçi heyətinə cəlb edib. 29 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.

Dmitroviç ötən mövsüm "Eybar"da çıxış edərkən La Liqanın 19-cu turunda "Atletiko"nun qapısına qol vurmaqla adından söz etdirib. O, penalti zərbəsini dəqiq yerinə yetirib. Bu, serbiyalı qapıçının karyerasında ilk və hələlik sonuncu qoludur.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner