PSJ Messiyə müqavilə təklif etdi

PSJ Messiyə müqavilə təklif etdi
XƏBƏR 4 İyul 2021 / 14:28 3537
-  A +

PSJ "Barselona" ilə müqaviləsi başa çatan Lionel Messiyə sözləşmə təklif edib.

Qol.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Bildirilir ki, Paris klubu 34 yaşlı hücumçuya  müqavilə təklif etsə də, tələsmir. Paytaxt təmsilçisi Messinin Argentina millisinin heyətində mübarizə apardığı Amerika kubokunun başa çatmasını gözləyəcək.

Həmçinin xəbərdə o da qeyd olunub ki, PSJ Messiyə "Barselona"dan daha yüksək bir maaş vəd edir.

Qeyd edək ki, Argentina millisi Amerika kubokunun 1/4 finalında Ekvadora qalib gələrək (3:0) yarımfinala adlayıb. Messi sözügedən görüşdə qol vurmağı da bacarıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner