"Keşlə"nin rəqibi "Çelsi"nin yetirməsini transfer etdi

"Keşlə"nin rəqibi "Çelsi"nin yetirməsini transfer etdi
XƏBƏR 3 İyul 2021 / 19:20 1808
-  A +

"Keşlə"nin Konfrans Liqasındakı rəqibi "Soçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Rusiya Premyer Liqası təmsilçisi Fransa "Mets"indən Viktorian Anqbanı transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə imzalan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Çelsi"nin yetirməsi olan Anqban eyni zamanda Fildişi Sahili millisinin üzvüdür.

Xatırladaq ki, "Keşlə" "Soçi" ilə ilk oyununu iyulun 22-i səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner