"Əvvəlkindən daha yaxşı işləməyə hazıram" - Mourinyo

"Əvvəlkindən daha yaxşı işləməyə hazıram" - Mourinyo
XƏBƏR 3 İyul 2021 / 16:22 1280
-  A +

"Roma"nın baş məşqçisi Joze Mourinyo karyerası haqqında danışıb.

Qol.az xəbər verir ki, 58 yaşlı mütəxəssis "Daily Mail"ə açıqlamasında deyib:

"Düşünürəm ki, təcrübə məşqçilikdə çox şey deməkdir. Hər vəziyyəti sanki sənin başına gəlmiş kimi görməyə məcbur edir. "İnter"dən ayrıldıqdan sonra çox şey yaşadım. "Real"ı çalışdırdım və inanılmaz bir təcrübə oldu. Xəyallarımı İtaliya, İngiltərə və İspaniyada titul qazanaraq reallaşdırdım. Sonra yenidən İngiltərəyə gəldim, çünki ailəm orada yaşayır.

Bütün təcrübəmi, yaxşı və pis anlardan aldığım bütün dərsləri nəzərə alsaq, indi əvvəlkindən daha yaxşı işləməyə hazıram".


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner