"Hər idmançının arzusu olimpia çempionu olmaqdır. Mən də bunu ürəkdən istəyirəm. Amma hərəkət etmək və çalışmaq lazımdır".
Qol.az xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək karateçi Rafael Ağayev Azərbaycan Milli Olimpiya Komitəsinə müsahibəsində deyib. 75 kq çəki dərəcəsində çıxış edən idmançı karyerasını bitirmək barədə düşünmədiyini bildirib: "Allah mənə nə qədər güc veribsə, nə qədər canım istəyirsə, zədələr olmasa, o qədər vuruşacağam".
Ağayev bütün ailə üzvlərinin onu dəstəklədiyini söyləyib: "Təəssüflər olsun ki, anam rəhmətə gedib. O, sağ olarkən mənə çox dəstək verirdi".
Karateçi 5 qat dünya və 11 qat Avropa çempionu olmağın onda əlavə məsuliyyət və təzyiq yaratdığını sözlərinə əlavə edib: "Peşəkar idmançı hər zaman məsuliyyət daşımalıdır. Diqqət həmin şəxsin üzərində olur və ondan qızıl medal gözlənilir. Uduzmağa öyrəşməməliyik, amma biz də robot deyilik. Məğlub olmağı bacarmalıyıq. Uduzduğumuz qarşılaşmaların səbəbini tapmalı və səhvlərin üzərində işləməliyik".
O, Tokio olimpiadasındakı əsas rəqibləri haqqında bunları söyləyib: "Olimpiadaya zəif idmançı gəlmir. Yarış zamanı 10 idmançı olacağıq və iki qrupa bölünəcəyik. Mən orada 4 idmançını özümə rəqib bilirəm. Hamısına hörmət edirəm, amma çox güclü rəqiblərim Ukrayna, Yaponiya, İtaliya və İran təmsilçiləridir. Bunların arasında yapon Ken Nişimura və italyan Luici Buza mənim üçün çətin rəqiblərdir. Birini seçəsi olsam, italiyalı karateçini seçərəm. Çünki biz bir-birimizi gözüyumulu tanıyırıq. Həyatda heç nəyi asan əldə etmək olmur. Allah böyükdür. Hər şey ola bilər, idman sürprizlərlə doludur. Amma onu əlimizdə bəhanə etmirik və Tokioya qızıl medal üçün gedirik".
Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçiriləcək.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı