"Spartak" Mozesi birdəfəlik aldı

"Spartak" Mozesi birdəfəlik aldı
DÜNYA FUTBOLU 2 İyul 2021 / 17:30 2032
-  A +

Rusiyanın "Spartak" klubu komandada icarə əsasında çıxış edən Viktor Mozeslə bağlı qərar verib.

Qol.az Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu komandada saxlanılıb. Onunla 3 illik müqavilə imzalanıb. Paytax klubu ötən yay icarə əsasında heyətinə cəlb etdiyi futbolçunun transfer hüququna yiyələnib.

Qeyd edək ki, Mozes "Çelsi", "Liverpul", "Fənərbaxça" və "İnter" kimi klublarda da çıxış edib.

Son xəbərlər