Mbappe danışıqları dayandırdı, tətilə getdi

Mbappe danışıqları dayandırdı, tətilə getdi
XƏBƏR 1 İyul 2021 / 16:06 3215
-  A +

Fransa millisinin düşərgəsindən qayıdan Kilian Mbappe tətilə çıxıb.

Qol.az xəbər verir ki, bu barədə “RTLFoot” nəşrinin jurnalisti Filipe Sanfurşe məlumat yayıb. 22 yaşlı hücumçunun 15 günlük istirahətə getdiyi bildirilib. Hətta Mbappe klubu PSJ ilə yeni müqavilə ilə bağlı danışıqları da dayandırıb.

Mbappenin paytaxt təmsilçisi ilə hazırkı sözləşməsinin  müddəti isə gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Mbappe Fransa millisinin heyətində Avro-2020-də iştirak etsə də, yığma 1/8 finalda İsveçrəyə uduzaraq (əsas və əlavə vaxt – 3:3, penaltilər seriyası – 4:5) yarışda mübarizəni dayandırıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner